Sağlamlıq

Nənələrimizin inancı əbəs deyilmiş - Üzərlik həqiqətən də orqanizmə yaxşı təsir edir

10 Dekabr 2018 23:19
0 Şərh     Baxış: 4 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq inancına görə, üzərlik insanı bəd nəzərdən qoruyur. Buna görədir ki, analarımız, nənələrimiz həmişə evin bir küncündə üzərlik asar, evdə mütləq bu bitkidən saxlayardılar. Buna indi də inananlar var. Belə ki, kiməsə göz dəyməməsi, yaxud onu gözdən qorumaq üçün bitkinin toxumları qırılır, bir qədər sarımsaq qabığı və duzla birlikdə ocaqda qızdırılmış dəmir parçasının üzərinə atılır. Belə hesab edilir ki, üzərliyin tüstüsü, eləcə də ocaq üzərinə tökülən duzun yanması bəd nəzərin qarşısını alır. Əslində isə həqiqətən də üzərlik yandıqca insan orqanizminə müsbət təsir göstərir. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, hələ orta əsr mənbələrində üzərliyin quru olduğu, bədəni isti saxladığı, yuxu gətirdiyi, bronxlardan bəlğəmi çıxardığı, bağırsaqlardakı qaz qovmağı və qanı durulaşdırdığı barədə məlumatlar var. Döş, mədə-bağırsaq, ürəkkeçmə və s. xəstəliklərin müalicəsində istifadə edilir.

Xalq təbabətində ondan geniş istifadə edilir. Toxumu əzilərək isti su ilə qarışdırılır, alınan kütlənin isti-isti bədənin xəstə nahiyələrinə qoyulması ağrını kəsir. Əzilmiş kütlənin sidik kisəsi üzərinə qoyulması və 12 qram üzərlik toxumunun şəkərlə qarışdırılıb içilməsi sidik göynəməsini aradan qaldırır.

Toxumu sirkədə qaynadılandan sonra alınan maye ilə bədəni ovmaq xeyirlidir. Sidik yolları tutulanda üzərliyin şüyüd və aptek çobanyastığı ilə birlikdə dəmləməsi yaxşı nəticə verir.

Tüstüsü diş ağrısının qarşısını alır. Üzərliyin kətan toxumu və balla qarışdırılıb qəbul edilməsi astma xəstəliyi zamanı çox xeyirlidir.

Üzərliyin kökü ilə vanna etmək sinir sisteminə sakitləşdirici təsir göstərir.

Üzərliyin qaynadılmış suyu saçı qaraldır, toxumunun dəmləməsi sidiyə çətin getməni asanlaşdırır, sulu dəmləməsi revmatizm xəstəliyində oynaqlara yığılan duzları təmizləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.