Sağlamlıq

Bu test vaxtından tez ölüm riskini təyin edir - Yoxlayın!

8 Dekabr 2018 16:29
1 Şərh     Baxış: 2 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

4-cü mərtəbəyə orta temptə dayanmadan qalxa bilərsinizmi?

Mütləq özünüzü yoxlayın. İspaniya alimləri sübut edir ki, bu sadə testin köməyi ilə vaxtından tez ölümün riskini təyin etmək olar.

Milli.Az Axar.az-a istinadla xəbər verir ki, alimlər bu nəzəriyyəni 13 min insan üzərində yoxlayıblar. Onların bir hissəsi testin öhdəsindən gələ bilib, bir hissəsi isə yox. Alimlər pilləkəndə testdən sonra 5 il ərzində bu insanlara daim nəzarət edirdi. Bu müddət ərzində eksperimentdə iştirak edənlərdən 1253 nəfər vəfat edib. Məlum olub ki, araşdırmanın əvvəlində 4-cü mərtəbəyə dayanmadan qalxa bilməyənlər arasında ürək-damar sistemi xəstəlikləri səbəbindən ölüm halları testin öhdəsindən gələnlərlə müqayisədə 3 dəfə daha çox olub.

Bundan əlavə fiziki daha zəif olan və testi keçə bilməyənlər arasında xərçəngdən ölüm halları da 2 dəfə çox olub.

İspaniya alimlərinin fikrinə görə, bu eksperiment növbəti dəfə sübut edib ki, fiziki aktivlik insanın sağlamlığının ən əsas amillərindən biridir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.