Sağlamlıq

Uşaq ana bətnində niyə təpik atır?

7 Dekabr 2018 23:05
3 Şərh     Baxış: 2 563

Uşağın ana bətnində müəyyən aylarda hərəkət etməsi normal qarşılansa da, onun bəzən təpik atması ananı qorxuya salır. 

Milli.Az medicina.az-a istinadən bildirir ki, Kazan Federal Universitetinin alimləri ana bətnində olan uşaqların nə üçün təpik atdıqlarını, kəskin hərəkətlər etdiklərini Fransanın "Inserm" şirkətindən olan həmkarları ilə birlikdə araşdırıblar.

Məlum olub ki, bu, uşağın onurğa beynində sinir hüceyrələri arasında neyron əlaqələri formalaşdırmaq üçün lazımdır. Alimlər eksperiment apararaq yenicə doğulmuş siçovul balalarını müşahidə ediblər. Elm adamları gör, siçovul balaları dünyaya göz açdıqları ilk həftə ərzində qeyri-iradi dartınır. Tədqiqatçılar hesab edirlər ki, ətraflar üçün sensomotor sinxronlaşdırma bu şəkildə formalaşır. Eyni proseslər insanda da baş verir, amma daha erkən mərhələdə - ana bətnində.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Dilber · 8 Dekabr 03:4830

    Inwallah 3 heftem qalib 3cu korpemi qoxlamaga)

    Cavab yaz
    • Anonim
      M.x · 8 Dekabr 09:3730

      Inwallah )Allah komeyiniz olsun

      Cavab yaz
      • Anonim
        Dilber · 8 Dekabr 11:2810

        Allah razi olsun

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.