Sağlamlıq

Hər gün 2 kivi yeyin - Nəticə sizi heyran edəcək!

7 Dekabr 2018 22:56
2 Şərh     Baxış: 2 600

Diyetoloq və qida mütəxəssisləri kivini ən faydalı meyvələrdən biri kimi qiymətləndirir və tez-tez pəhrizlərə daxil edirlər.

Kivi A, C, E, PP vitaminləri, fol turşusu, kalium, maqnezium, kalsium, fosfor, pektinlər, qidalı liflər, flavonoidlər, orqanik turşular, fermentlərlə zəngindir. Kivinin faydalı xüsusiyyətləri saymaqla bitməz. Bu səbəbdən hər gün 1-2 kivi yesəniz, orqanizminiz sizə çox minnətdar olacaq. Beləliklə, müntəzəm olaraq kivi yeməklə sağlamlığımızda nəyə nail ola bilərik?

- Milli.Az saglamolun.az-a istinadən bildirir ki, C vitamini ilə zəngin olduğundan kivi damarların sağlamlığı üçün çox faydalıdır - damarları möhkəmləndirir, elastik edir, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.

- Fol turşusunun sayəsində qanın tərkibini yaxşılaşdırır.

- Soyuqdəymə və qripp xəstəlikləri zamanı kivi sağalmanı tezləşdirir.

- Orqanizmdə dəmirin mənimsənilməsi prosesini yaxşılaşdırır.

- Xolesterinin səviyyəsini aşağı salır.

- Kalium və maqnezium sayəsində ürəyi möhkəmləndirir, ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır.

- Onkoloji xəstəliklərin riskini azaldır.

- Kivi qəbizliklə mübarizədə çox yaxşı kömək edir. Qəbizlikdən əziyyət çəkirsinizsə, mütləq hər gün 2 kivi yeyin. Qidalı liflər, pektinlər və kalium bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqların boşalmasını asanlaşdırır.  

- Təzyiqi salır.

- Orqanizmdən duzları xaric edir və bununla da böyrəklərdə daşların əmələ gəlməsinin riskini azaldır.

- Həzm proseslərini sürətləndirir və asanlaşdırır, qarında ağırlıq hissini yox edir.

- Metabolizmi sürətləndirir.  

- Ferment və qidalı liflərlə zəngin olan kivi arıqlamağa da kömək edir.

- Dərini cavanlaşdırır və gözəlləşdirir.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Ququ · 8 Dekabr 06:5300

    Demirin coxalmaginada komey edir

    Cavab yaz
  • Anonim
    ****** · 8 Dekabr 18:4200

    BƏLİ COX GÖZƏL MEYVƏDİR.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.