Sağlamlıq

Sinqapur dünyada şirin qazlı içkilərdən imtina edən ilk ölkə ola bilər

5 Dekabr 2018 23:47
3 Şərh     Baxış: 1 690

Sinqapur dünyada şirin qazlı içkilərdən imtina edən ilk ölkə ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, belə bir təklif ölkənin Səhiyyə Nazirliyinin diabetlə mübarizə məqsədilə hazırladığı təkliflər paketində öz əksini tapıb.

Məhdudlaşdırıcı təkliflər arasında istehsalçılardan və idxalçılardan alınan vergilərin artırılması da yer alıb. Bundan əlavə, həmin məhsulun istənilən reklamına qarşı tədbirlərin gücləndirilməsi və bu qəbildən olan bütün məhsulların sağlamlıq üçün mənfi və müsbət təsiri barədə markalanma işlərinin aparılması da nəzərdə tutulur. Hazırlanmış təkliflərin ictimai müzakirəyə çıxarılacağı bildirilsə də, hökumət orqanları bu içkilərin istehsalını azaltmaqda qərarlıdır. Bu təbəqədən olan məhsullar sırasına enerjili şirələr, maye halında olan yoğurtlar, "üçü birində" kofe tozları və digər məhsullar da daxildir.

Səhiyyə Nazirliyinin bəyanatında deyilir: "Sinqapur inkişaf etmiş ölkələr sırasında diabet xəstələrinin sayına görə 11 faiz göstərici ilə çox yüksək yerdə dayanır. Proqnozlara görə, əgər indi məhdudlaşdırıcı tədbirlər görülməsə, 2050-ci ildə bu xəstəlikdən əziyyət çəkənlərin sayı bir milyon nəfərə çata bilər".

Mütəxəssislərin hesablamalarına əsasən, orta hesabla hər bir sinqapurlu sutkada 12 qaşıq və ya təqribən 60 qram şəkər istifadə edir ki, bunun da yarısı şirələrin payına düşür.

"The Straits Times" qəzetinin apardığı sorğunun nəticələrinə görə, mütəxəssislər bu təklifi dəstəklədiklərini bildirərək, sağlamlıq üçün zəruri olan təzə şirələrin satışa çıxarılmasının vacibliyini də vurğulayıblar.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    ... · 5 Dekabr 23:5740

    Heyranam da o ölkə yə, kas ki bütün ölkələr sinqapur qeder təmiz ve sağlam olsa.

    Cavab yaz
  • Anonim
    Elshan · 6 Dekabr 09:5710

    Bizde ise qelyana, energetik ichkilere hec bir qadaga qoyulmur... Insanlarin saglamligindan daha chox biznes maraqlari ustun tutulur...

    Cavab yaz
  • Anonim
    Tural · 6 Dekabr 12:3600

    Menim sexsen bele ickilerden xosum gelir. Adamin kefini acir. Ozu de, icdikce icmek isteyirsen.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.