Sağlamlıq

Yəhudi alimdən bildiklərinizi ALT-ÜST EDƏCƏK XƏBƏRDARLIQ: sən demə, zərərli qidalar... - FOTO

2 Dekabr 2018 21:59
6 Şərh     Baxış: 18 149

Yəhudi alimlərin son tədqiqatlarına əsasən zərərli hesab edilən bir çox məhsul orqanizmin sağlamlığı üçün faydalıdır.

Milli.Az xəbər verir ki, bu barədə İsrailin məşhur dietoloqu Naamа Lion danışıb. O bildirib ki, hər gün yumurta yemək olar:

"İlk növbədə bilməlisiniz ki, hər gün toyuq yumurtası yemək olar. Çünki bu məhsul asanlıqla həzm olunan amin turşularının, В12 vitaminin, kalsium, dəmir və sink mənbəyidir. Yumurtalarda xolesterin olur, lakin o, qanda xolesterin səviyyəsinə təsir göstərmir. Bunu son illərin tədqiqatları bir daha sübut edir".

Dietoloqun sözlərinə görə, qəhvə zərərli deyil, əskinə faydalıdır:

"Sözsüz ki, içkinin aşırı dozası təzyiqi artıra bilər, qəhvəyə müxtəlif qidalandırıcı maddələr və şəkər əlavə olunduqda faydalı xassələri aşağı enir. Son elmi sübutlar göstərir ki, sadə qəhvə və kofein xərçəng və qaraciyər xəstəliyinin qarşısını alır, həmçinin ürək əzələsinin hüceyrələrinin bərpasına kömək edir".

Ekspert qeyd edir ki, yağlı məhsullardan qorxmaq lazım deyil:

"Xüsusilə bitki mənşəli məhsullardan əldə edilən yağ faydalıdır. Buna avokado, küncüt, zeytun və fındıq yağını misal çəkmək olar. Onlar gündəlik qida rasionuna daxil olmalıdır. Həm də heyvan mənşəli yağlar faydalıdır, məsələn, kərə yağı. Yağların metabolizm üzərində müsbət təsiri var".

O, duzdan imtina etməyi qətiyyən məsləhət görmür. Bu məhsul bir çox hallarda zərərli sayılır, lakin duz komponentləri mühüm həyati proseslərdə iştirak edir. Duz damar sisteminin orqanlarının normal funksiyalarını saxlamaq və hüceyrə yenilənməsi üçün vacibdir.

Bundan başqa, Lion Naama çörəkdən müntəzəm istifadə etməyi məsləhət görüb. Mütəxəssis qeyd edib ki, tam taxıl məhsullarını və az işlənmiş undan bişirilən çörəyi qida rasionuna əlavə etmək faydalıdır.

Bundan başqa, həkim kartof və soyanı faydalı adlandırıb:

"Kartof bir çoxları tərəfindən qlisemik indeksi yüksək olan məhsulu kimi rədd edilir. Lakin dietoloq bildirib ki, qlisemik indeks fərdi parametrdir və o, hər bir insan orqanizminə müxtəlif cür təsir göstərir.

Soya lobyasına gəlincə, son təcrübələr göstərir ki, bişməmiş və ya tofu soyanın təsiri qan xolesterini aşağı salan və ürək sağlamlığını yaxşılaşdıran qabiliyyətləri ilə tanınan paxlakimilər növü ilə müqayisə edilə bilər". (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    sults · 2 Dekabr 22:18413

    Yehudi ne firliyireee..Kim oler,kim qalar.Ne geldi sayiqliyirda.Agzinizda yehudi deyirsiz.Deyirler,ilanin aginada nehlet,qarasinada.

    Cavab yaz
  • Anonim
    Elshan · 3 Dekabr 10:1973

    Islam dininin halal ve haram buyurdugu qidalari ayird ede bilsek, yehudi aliminin fikirlerine ehtiyac qalmaz... Meqsedli shekilde yalandan da deye bilerler...

    Cavab yaz
  • Anonim
    sevgi · 3 Dekabr 13:3251

    dogru deyir.yahudiler agilli milletdi

    Cavab yaz
    • Anonim
      ispatla · 3 Dekabr 15:4110

      zehmet olmasa. Sebirsizlikle gozleyirem.

      Cavab yaz
  • Anonim
    Rauf · 3 Dekabr 16:4220

    Yəhudilərin ağıllı millət olmağına və dünya səviyyəli alimlərinin olmasına heç bir şübhə yoxdur. Amma sağlam olmaqdan ötrü təmiz qidalardan istifadə etmək lazımdır, məsələn:1. Yumurta-buğda,arpa,qarğıdalı yeyib çöldə gəzən toyuğun yumurtası.2. Peyin verilən torpaqda yetişən kartof 3. Kərə yağı- yəni həqiqətən inək südündən alınan( belə ki, ən aşağısı 20 litr süddən 1 kq yağ alınır, deməli kiloqramı 20 manatdan baha olan yağ)4. İri təsərrüfatlara malik kləndlərdə təmiz bitki yağı, əsasən də günəbaxan yağı olur, litri 7 manata 5.Yaxşı buğda alıb aparırsan dəyirmana, orda üyüdürsən, hamının evində tok "peçka"sı var, droju mağazadan alırsan(əvvəlki əsl arvadların özləriu düzəltdiyi drojun heç bitkisi də qalmayıb), çörək bişirirsən, və çörəyin ətrini hiss edirsən. 100-150 unu bina evlərində də saxlmaq olar.6. Gözünüzün qabağında bir gün əvvəldən bağlanıb, sabah kəsilən danaların ətini alın. Onun saglam olduğunu gözünlə görürsən, "xolodelnik"dəkilərdən fərqli olaraq.Yaxşı-pisi ayırd edin, uşaqların qədrini bil

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.