Sağlamlıq

Görmə qabiliyyətini itirməmək üçün bu tərəvəzləri hər gün yeyin

20 Noyabr 2018 20:50
0 Şərh     Baxış: 3 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündəlik olaraq nitratlarla zəngin tərəvəzlərin istifadəsi görmə qabiliyyətinin itirilməsi riskini azaldır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qənaətə "Uestmid" Tibbi Araşdırmalar İnstitutunun bir qrup alımi gəlib.

15 il davam edən araşdırmalarda Avstraliyanın yaşı 49-u keçmiş iki mindən çox sakini iştirak edib. Məlum olub ki, hər gün nitratlarla zəngin olan çuğundur, ispanaq kimi tərəvəzlər, həmçinin yaşıl salat yeyənlərdə (100-142 mq) 35 faiz daha az makulodistrofiya diaqnozu qoyulub.

Qeyd edək ki, makulodistrofiya gözün selikli qişasını zədələyir və yaşlı adamlar arasında görmə qabiliyyətinin itirilməsinin əsas səbəblərindən biridir.

Bundan əvvəl alimlər müəyyənləşdirmişdilər ki, həftədə ən azı bir dəfə sitrus məhsullarının qəbulu gözün tor qişasını degenerasiyadan qoruyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.