Sağlamlıq

Yerişə baxıb ölümün vaxtını təyin etmək olar

16 Noyabr 2018 23:52
2 Şərh     Baxış: 3 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Kaliforniya Universitetinin alimləri müəyyən edib ki, insanın yol gedişinə baxaraq nə zaman öləcəyini müəyyən etmək mümkündür.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, araşdırmaçıların fikrincə, insanın yerişinin sürətli olması onun sağlamlığının xəbərçisidir. Bu göstərici ilə insanlarda ürək-damar xəstəlikləri riski və mərkəzi sinir sisteminin pozuntusunu müəyyən etmək mümkündür.

Bundan başqa, kardiocərrahlar hesab edir ki, bunu ürək əməliyyatı keçirmə fonunda fəsadlar yaşamış xəstələrin müəyyən edilməsində də istifadə etmək olar.

Ekspertlər hesab edir ki, addımların sürətli olması xəstəliklərin inkişafı və erkən ölüm hallarını azaltmır. Sürət sadəcə insanın bioloji yaşını müəyyən edir.

Əgər insan asta-asta gəzməyə başlayırsa, bu onun sağlamlığında ciddi təhlükənin olmasından xəbər verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.