Sağlamlıq

İmmuniteti gücləndirən, iltihabı azaldan, orqanizmi təmizləyən faydalı içki - Qədim resept

16 Noyabr 2018 23:45
0 Şərh     Baxış: 4 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu içki qədim Çin və Hindistanın təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunurdu.

İçkinin tərkibi çox sadədir - limon və sarıkök. Limonlu-sarıköklü içkinin bir çox faydalı xüsusiyyətləri var.

Milli.Az saglamolun.az-a istinadən bu faydaları təqdim edir:

- soyuqdəymə və qripp xəstəlikləri zamanı sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir

- orqanizmdə iltihabları azaldır

- orqanizmə xərçəng əleyhinə təsir edir

- nəfəsalma orqanların sağlamlığı üçün faydalıdır

- orqanizmi ziyanlı maddələrdən təmizləyir

- orqanizmin tonusunu qaldırır

- əzələ ağrılarını azaldır

- böyrəklərin sağlamlığı üçün faydalıdır

- orqanizmi cavanlaşdırır.

İçkini hazırlamaq üçün 250 ml ilıq su, 1/3 ç.q. sarıkök və yarım limonun şirəsi götürülür.  Sarıkök və limon şirəsi suya əlavə olunur, yaxşı qarışdırılır. 1 ç.q. bal əlavə edə bilərsiniz.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı (qaraciyər, öd kisəsi xəstəlikləri və s.) bu içkinin qəbul etməyi tövsiyə edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.