Sağlamlıq

Hansı qidanı yeməli, hansından uzaq durmalı? - Vazkeçilməz tövsiyələr

19 Noyabr 2018 23:27
2 Şərh     Baxış: 2 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada bəlkə də indiki qədər bolluq heç vaxt olmayıb. Həyat üçün vacib elementlərin başında isə qida durur.

Milli.Az bildirir ki, bu sözləri teleqraf.com-a uzman-pediatr Ülvi Əliyev deyib.

Onun sözlərinə görə, bütün dükan və bazarları rəngarəng, çeşidli meyvə-tərəvəz, süd məhsulları, səbzələr bəzəsə də əslində yeyiləcək olanlar çox azdır: "Bu prizmadan yanaşsaq belə sıralamaq olar. Qarışıq əlavə edilmiş, paketlənmiş qidaları yeməyin. Un və şəkəri az olan meyvə, ot, ət, yumurta kimi təbii qidalara üstünlük verin.

Günəbaxan, qarğıdalı, soya, pambıq, marqarin tipli yağlardan uzaq durun. Əvəzinə heyvan yağları (kərə, iç, quyruq) və təmiz zeytun yağından istifadə edin.

Qatıq, kefir, turşu, sirkə, narşərab kimi probiyotiklərdən zəngin qidaları menyunuza daxil edə bilərsiz.

Pasterizə edilmiş və UHT işləminə məruz qalmış südlərdən mümkün qədər uzaq durun. Qutu südü işlətməyin. Süd əvəzinə ənənəvi metodlarla mayalanmış süd məhsulları yeyin. Misal üçün, qatıq, pendir, ayran, dovğa və s.

Gündə 6-8 stəkan su için. İmkanı olanlar bulaq və ya çeşmədən içsin. Uşağın sidiyi tünd rəngdədirsə, bu, az su içdiyini göstərir.

Meyvə və tərəvəzi mövsümündə yeyin, yəni məsələn, bizim ölkədə qışda normal məntiqlə, normal şəraitdə çiyələk,pomidor,qovun yetişirmir.

Həmişə günəşlənin. Günəşə çıxmırsınızsa balıq, kərə yağı, yumurta çox yeyin, D vitamini qəbul edin.

Bütün bunlara özünüz və övladlarınızın sağlamlığı naminə əməl etməyə çalışın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.