Sağlamlıq

Stressi azaltmağın yolu - Yuxu və gülüşdən daha təsirlidir

9 Noyabr 2018 18:17
1 Şərh     Baxış: 1 878

Alimlər bildirirlər ki, həftədə bir dəfə ağlamaq psixika üçün xeyirlidir.

Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, yapon alimləri müəyyən ediblər ki, həftədə bir dəfə axıdılan göz yaşları  insanın mental sağlamlığına bir fincan çobanyastığı çayından da yaxşı təsir göstərə bilər. 

Təəccüblü səslənsə də bu belədir.  

Ağlamaq stressi azaltmaq üçün yuxu və gülüşdən daha effektivdir. 

Alimlərin sözlərinə görə, emosianal musiqi dinləmək, kədərli filmlərə baxmaq əhval-ruhiyyə üçün  önəmlidir. Belə ki, bu yolla ürək ritmini zəiflədən parasimpatik sinirlərin aktivliyi artır. 

"Əgər siz həftədə bir dəfə ağlayırsınızsa onda stressiz yaşaya bilərsiz" deyə alimlər bildirirlər.

2008-ci ildə 3000 nəfərin iştirakı ilə aparıla eksperimentdə ağlamağın insan psixikasına təsiri öyrənilib. Əldə edilən nəticələr müəlliflərə onu deməyə imkan verir ki, ağlamaq bir terapiya formasıdır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Zehra · 9 Noyabr 19:2601

    Bu alimler sehv fikirleşir. 6 dekabr 2017 den 7 noyabr 2018 e qeder her gün ağlamışam. Indi ağlamıram. Xoşbextem çünki. Amma bezen de ağlayıram. Ve çox ağladıqca daha çox stress keçirirem. Defressiyada oluram. Sehv fikilerşir yaponlar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.