Sağlamlıq

Boyun disk yırtıqları

22 Oktyabr 2018 23:57
0 Şərh     Baxış: 5 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boyun yırtığı boyun fəqərələrinin arasındakı qığırdağın onurğa beyni kanalına doğru yer dəyişdirməsi, çıxması nəticəsində, qola gələn sinirlərə və onurğaya təzyiq etməsi ilə yaranan xəstəlikdir.

Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a müsahibəsində ortoped-travmatoloq Vüqar Quliyev məlumat verib.

Həkim deyib: "Bu xəstəli özünü başlanğıcda yüngül ağrılar və boyun tutulması ilə büruzə verir. Xəstəlik zamanı işləmək çətinləşir, hansısa yük daşımaq boyun və kürəkdə ağrılara səbəb olur. Bundan əlavə yırtıq zamanı ağrılar sadəcə boyunda deyil, təzyiqə məruz qalan sinir boyunca kürək, çiyin, qol, əl bölgələrində də olur. Ağrı əsasən gecə yuxuda artır. Bu xəstələrdə sinir üzərində olan təzyiq əllərdə, qollarda gücsüzlüyə və keyləşməyə səbəb olur. Əşyaların tez-tez əldən düşməsi müşahidə olunur. Ani hərəkət etmədikdə və ya ağır yük qaldırmadıqda da ağrı varsa bunun səbəbi boyun disk yırtığı ola bilər. Boyun yırtığı zamanı başı sağa-sola çevirmək, arxaya əymək çətinləşir. Bu hərəkətlərin edilməsi kəskin ağrılara səbəb olur. Xəstəliyin simptomları olaraq ənsədə ağrı, başgicəllənmə, qulaqlarda səs, ürəkbulanmanı da misal çəkmək olar. Xəstəliyin irəliləməsində isə sidik və nəcisi saxlamaq çətinləşir".

Boyun yırtığının müalicəsi haqqında məlumat verən həkim bildirib: "Boyun yırtığı müalicəsində ilk olaraq müraciət edilən üsul boyun əzələlərini gücləndirərək onurğaya düşən yükü yüngülləşdirmək üçün edilən məşqlərdir. Bu məşqlər sayəsində yırtığın irəliləməsi dayandırıla bilər. Yırtıq səbəbi ilə yaşanan kəskin ağrıları yüngülləşdirmək üçün həkim ağrıkəsici dərman təklif edə bilər. Dərmanla birlikdə boyun əzələlərini rahatladan məlhəmlərdən də istifadə etmək olar. Əgər ağrılar dərman müalicəsi ilə azalmırsa və boyun hərəkətləri məhdudiyyətlərə davam edirsə fiziki müalicə üsulu haqqında düşünmək lazımdır. Fiziki müalicə ilə ağrıların görüldüyü bölgələr gücləndirilir və yırtığın sinirlərə etdiyi təzyiqin azaldılması hədəflənir. Bu müalicə üsulları ilə, əlamətləri nəzarət altına alına bilməyən boyun yırtığı üçün əməliyyat tələb oluna bilər. Mütəxəssislər boyun yırtığı əməliyyatını ən son müraciət ediləcək üsul olaraq görürlər".

Vüqar Quliyev bildirib ki, mikrodiskektomiya ilə cərrahi əməliyyat zamanı boyunun ön nahiyəsində kəsik aparılır, fəqərələrin ön hissəsi əldə edildikdən, disk materialı çıxarıldıqdan sonra yerinə sümük parçasi yerləşdirilərək titan lövhə ilə fiksasiya edilir. Əməliyyatdan sonra bir neçə gün boyun korsetlə gəzmək məsləhət görülür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.