Sağlamlıq

Alimlər hipertoniyanın yeni müalicə üsulunu tapıblar

22 Oktyabr 2018 22:50
0 Şərh     Baxış: 1 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toledo Universitetinin əməkdaşları müəyyən ediblər ki, tərkibində β-hidroksiyağ turşusu olan vasitələr hipertoniklərin təzyiqini normallaşdıra bilər. Bu, yağ turşularının metabolizmi zamanı qaraciyərdə əmələ gələn karbon hidroksi turşusudur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, orqanizmə külli miqdarda duzun daxil olması β-hidroksiyağ turşusunun səviyyəsini azaldır. Amma orqanizmə daxil olan kalorilər azalanda, fiziki fəallıq artanda onun sintezi güclənir. Nəticədə təzyiq normallaşır.

Siçovullar üzərində aparılan eksperiment göstərib ki, qaraciyərdə β-hidroksiyağ turşusuna çevrilən 1,3 butandiol böyrəklərdə hipertoniyanın səbəb olduğu iltihabı azaldır. Mütəxəssislər hipertoniklərdə β-hidroksiyağ turşusunun qıtlığını üzə çıxarmağa, hipertoniyanın müalicəsi üçün nə qədər turşu tələb olunduğunu və bunun digər orqanlar üçün nə dərəcədə təhlükəli olduğunu müəyyənləşdirməyə ümid bəsləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.