Sağlamlıq

Soyuq fəsillərdə mütləq xardal yeyin

19 Oktyabr 2018 22:00
1 Şərh     Baxış: 1 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər soyuq fəsillərdə daha çox xardal yeməyi tövsiyə edirlər.

Xardalın tərkibində olan maddələr bəlğəmgətirici və iltihabəleyhinə təsirə malikdir. Həmçinin xardal immun sisteminin fəaliyyətini stimullaşdırır. Məhz bu xüsusiyyətlərə görə xardal öskürək və soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, xardal beyin qan dövranını və beyinin fəaliyyətini yaxşılaşdırır.

Metabolizmi aktivləşdirən xardal piylərin parçalanmasını sürətləndirir ki, bu da arıqlamağa kömək edir.

Xardal damarların sağlamlığına da müsbət təsir edir - damarları təmizləyir, möhkəmləndirir, onların elastikliyini artırır.

Xardal güclü afrodiziakdır, qadın və kişilərdə libidonu (cinsi meyl) artırır.  

Xardalı istənilən ət yeməkləri, kartof qızartması ilə yemək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.