Sağlamlıq

Pediatrdan xəbərdarlıq: Körpələri öpməyin

16 Oktyabr 2018 20:38
9 Şərh     Baxış: 1 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Körpələrin dərisi həssas və nazik olduğu üçün onları öpmək olmaz.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında pediatr Kəmalə Əmrahova deyib.

O bildirib ki, uşaqları öpərkən onların dərisinə müxtəlif infeksiyalar yoluxa bilər:

"Xüsusən xanımlar öpərkən diqqətli olmalıdırlar. Onların istifadə etdiyi dodaq boyası və digər kosmetik məhsullardakı kimyəvi maddələr uşağın dərisini qıcıqlandırır və qızartı verir. Kişilərin üzlərindəki tüklər də körpənin dərisini qıcıqlandıran səbəblərdəndir. Buna görə körpələrin dərisi qabıq qoyur və qızarır. Çox öpülən uşaqların dərisi həssas olur. Buna görə körpələrin öpmək düzgün deyil. Valideynlər xüsusilə də küçədə və digər yerlərdə tanımadığı şəxslərin övladlarını öpməsinə icazə verməməlidir. Ağız və burun bakteriyaların giriş nöqtəsidir. Hər cür bakteriya və virus körpələrə keçə bilər və onların immun sistemi zəif olarsa, tez-tez xəstələnə bilərlər. Nəfəs yolu infeksiyasına yoluxan şəxslərin körpələri öpməsi isə qətiyyən olmaz".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.