Sağlamlıq

Həkimlər xərçəngin yeni müalicəsini tapdılar

17 Oktyabr 2018 08:26
5 Şərh     Baxış: 2 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın Helsinki və Uusimaa vilayətlərində yeni müalicə üsulunun sınaqları keçirilib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, alimlər yeni üsulla xərçəng xəstəliyinə qalib gəlməyi düşünürlər. Bu barədə "Yle" nəşriyyatı xəbər yayıb.

Bildirilir ki, yeni üsula əsasən xəstədən leykosit nümunəsi götürülür, genetik dəyişiklik edilir, xərçəng hüceyrələri məhv edilir. Həkimlərin fikrinə görə yeni üsulun köməyi ilə qan və limfosarkoma xərçənginin müalicəsində stabil nəticələr əldə etmək mümkün olacaq.

Eyni zamanda əldə olunan məlumata əsasən, artıq ilk xəstə yeni üsulla müalicə olunur. Yaxın vaxtlarda hesabat ictimaiyyətə təqdim ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.