Sağlamlıq

Alimlər pivənin sağlamlığa faydalarını aşkarladılar

12 Oktyabr 2018 20:12
0 Şərh     Baxış: 5 557

Professor Nauls Xellerbrandın rəhbərlik etdiyi Erlanqen-Nyurberq Universitetindən olan alimlər qrupu pivənin tərkibində sağlamlığa müsbət təsir edən iki maddə aşkar ediblər. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat alman universitetinin tibb fakültəsinin rəsmi saytında yerləşdirilib. 

Qeyd edilib ki, bu maddələr ksantoqimol və izo-alfa-acı turşularıdır. 

Alimlər müəyyən ediblər ki, ksantoqimol qaraciyərin piylənməsindən qorunmağa yardım edir, çəkinin artmasına əngəl törədir və xərçəng hüceyrələrini məhv edir. 

Bildirilib ki, izo-alfa-acı turşular qaraciyərin inkişafını yaxşılaşdırır və qlükoza mübadiləsinə müsbət təsir göstərir. 

Alimlərin fikrincə, araşdırmanın növbəti mərhələsində bu maddələrin piylənmə, şəkər və xərçənglə mübarizədəki təsiri öyrəniləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.