Sağlamlıq

Ev şəraitində dişlərin təmizlənməsinin bir neçə üsulu var

10 Oktyabr 2018 23:55
0 Şərh     Baxış: 1 988

Dişlərə düzgün qulluq onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir. Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl təmizləmək lazımdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Respublika Stomatoloji Mərkəzin həkim-stomatoloqu Fidan Aslanlı dişlərin ağardılması barədə deyib: "Mütəmadi olaraq hər gün 3-5 dəqiqə ərzində dişlərin xarici, daxili və çeynəmə səthi fırçalanmalıdır. Bunun üçün təxminən 10 dəqiqə ərzində fırça diş boyu vertikal istiqamətdə, ən az 400 dəfə hərəkət etdirilməlidir. Axşam dişləri təmizlədikdən sonra isə diş ətini 5-7 dəqiqə ərzində masaj etmək məsləhət görülür. Ağız boşluğu və diş ətinin iltihabi xəstəlikləri olduqda masaj etmək düzgün deyil".

Həkim ev şəraitində dişlərin təmizlənməsinin bir neçə üsulu barədə məlumat verib: "Dişlərin ağardılması üçün ağcaqayın ağacının quru oduncağı ocaqda yandırılır və onun külü ilə dişlər təmizlənir. Bir ay ərzində həftədə iki dəfə zeytun yağı, soda və limon suyunun qarışığı ilə də dişləri ağartmaq olar. Onu da qeyd etmək lazımdır ki, bu prosedurun tez- tez təkrarlanması diş emalını zədələyə bilər.

Diş məcununa əlavə edilən bir damcı limonun efir yağı dişlərin bəyazlığı ilə yanaşı ağızdan gözəl qoxu gəlməsinə də səbəb olur.

Möhkəm və çiy tərəvəzlər diş minasına zərər vermədən təmizləyici və ləkəçıxarıcı kimi istifadə edilir. Təzə alma, yerkökü, kərəviz, paxla və s. meyvə və tərəvəzlərin tərkibindəki sellüloz bakteriyaları aradan qaldıran təbii aşındırıcı lifdir.

Bundan başqa 1 stəkan suda 1 ədəd hidrogen-peroksid həbi həll edilir və ağız onunla yaxalanır. Həmin proseduru hər gün təkrarlamaq lazımdır.

Bir neçə ədəd aktivləşdirilmiş kömürün həbi əzilir, alınan tozla dişlər təmizlənir. Tam bəyaz olmasa da, dişlərin rəngi xeyli açılır.

Dil üzərində ağ ərp olduqda isə onu xüsusi diş fırçası ilə təmizləmək lazımdır".

Damagların mohkəmliyi uçun C vitamini ilə zəngin olan çiyələk və limondan istifadə etməyi məsləhət görən həkim-stomatoloq həmin üsulların həkim təyinatı ilə aparılmasını daha məqsədəuyğun hesab edir. Belə ki, tətbiq olunan hissənin hidrogen-peroksidə, yağ və ya kömürə necə reaksiya verəcəyi məlum deyil və onlar diş emalını zədələyə bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.