Sağlamlıq

Sabah və axşam 1 stəkan içmək böyrəkləri təmizləyir - FAYDALI MƏSLƏHƏTLƏR

21 Oktyabr 2018 20:50
0 Şərh     Baxış: 13 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elə təbii üsullar var ki, onlardan istifadə etməklə böyrəkləri təmizləməklə yanaşı toksin və artıq maddəli orqanizmdən xaric etməyə şərait yaratmaq mümkündür.

Milli.Az "ölkə.az"-a istinadən böyrəkləri təmizləyən təbii vasitələri ilə oxucularını tanış edir.

Limon suyu

Nə lazımdır:

2 xörək qaşığı zeytun yağı;

4 xörək qaşığı limon suyu;

2 stəkan su;

1 xörək qaşığı alma sirkəsi

Hazırlanması:

Zeytun yağı ilə limon suyunu qarışıdırıb için. Yarım saat sonra limon suyunu alma sirkəsi ilə qarışdırıb için. Bu məhlul böyrək daşının səbəb olduğu simptomların təsirini azaldır, böyrək daşını əridir.

Cəfəri çayı

Nə lazımdır:

1 xörək qaşığı cəfəri;

1 xörək qaşığı bal;

4 xörək qaşığı su

Hazırlanması:

Suyu qaynadın, cəfəri əlavə edin və qazı söndürün. 25 dəqiqədən sonra bal əlavə edin və qarışdırın. Çayı şüşə qaba tökün və 3 gün için.

Gicitkən çayı

Nə lazımdır:

1 xörək qaşığı gicitkən;

2 stəkan su

Bəlğəmotu çayı

Nə lazımdır:

2 xörək qaşığı bəlğəmotu kökü və yarpaqları;

2 stəkan su

Hazırlanması:

Suyu isidin, içinə bəlğəmotu kökü və yarpaqlarını əlavə edin. Qazı söndürün, 10 dəqiqə sonra çayı süzün. 7 gün gündə iki dəfə içmək məsləhətdir.

İyli kərəviz çayı

Nə lazımdır:

3 xörək qaşığı iyli kərəviz çubuğu;

1 stəkan su

Hazırlanması:

İyli kərəvizin çubuqlarını təmizləyin, doğrayın və su ilə birlikdə blenderdən keçirin. Süzün və ən az bir ay ərzində hər gün için. Bu məhlul böyrəkləri təmizləyir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.