Sağlamlıq

Corabla yatmağın faydaları

21 Oktyabr 2018 20:55
7 Şərh     Baxış: 6 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Normal yuxu insanın sağlamlığında ən önəmli rollardan birini oynayır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, keyfiyyətsiz yuxu, yuxunun az olması ürək-damar sistemi xəstəliklərinin, maddələr mübadiləsi və sinir sisteminin fəaliyyətində pozulmaların, hətta xərçəngin riskini artırır.

Yuxuya tez getməsi, yuxunun daha dərin olması üçün mütəxəssislər corabda yatmağı tövsiyə edirlər. İsveçrədə aparılmış bir araşdırma zamanı iştirakçıları 2 qrupa bölüblər. Bir qrupa corabda, digər qrupa corabsız yatmağı tapşırıblar. Bir müddətdən sonra corabda yatan iştirakçılar etiraf ediblər ki, daha tez yuxuya gedir, gecə daha az oyanır, səhər özlərini daha gümrah hiss edirlər.

Mütəxəssislərin fikrinə görə, bunun səbəbi damarların genişlənməsi və bədənin termorequlyasiyasının tənzimlənməsidir.

Mütəxəssislər yatmazdan əvvəl təmiz, rezini sıx olmayan (ayaqları sıxmasın deyə) pambıq corab geyinməyi tövsiyə edirlər.

Milli.Az                       

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.