Sağlamlıq

"Hepatit C"nin müalicəsi üçün yeni dərman yaradıldı

25 Sentyabr 2018 20:24
0 Şərh     Baxış: 1 327
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Gilead Sciences" elmi tədqiqat şirkəti Hepatit C xəstəliyinin müalicəsi üçün "Sovaldi" adlı dərman təklif edir.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, 12 həftə davam edən müalicə prosesinin qiyməti 84 min dollar, bir həbin qiyməti isə min dollardır. ABŞ-da müalicə prosesi daha baha başa gəlir. "Sovaldi" ilə müalicənin Avropadakı qiyməti 55 min dollardır. Şirkət müalicənin Misir, Hindistan kimi kasıb ölkələrdə tətbiqinə çalışır.

Hepatit C müalicəsi Hindistan üçün sadəcə 900 dollar müəyyənləşdirilib. Əhalisinin 80%-inin tibbi sığortası olmayan və insanların yoxsulluqla mübarizə apardığı ölkədə 900 dollar belə əlçatmaz məbləğ hesab edilir. Gələcəkdə Hindistanda "Sovaldi"nin istehsalı planlaşdırılır və dərmanın daha ucuz başa gələcəyi gözlənilir.

Milli.Az 
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.