Sağlamlıq

Alimlərdən yeni iddia

24 Sentyabr 2018 23:38
1 Şərh     Baxış: 9 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı alimlər yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, araşdırma nəticələrinə əsasən, lobya ürəyin fəaliyyətinə müsbət təsir göstərir və orqanizmi piylənmədən qoruyur.

Qeyd edilir ki, alimlər piylənmədən əziyyət çəkən siçanlar üzərində təcrübə aparıblar. Siçanların qidasına lobya əlavə edilib. Məlum olub ki, siçanların orqanizmində xolesterinin miqdarı azalıb, eyni zamanda çəkiləri də aşağı düşüb.
Alimlər bildirirlər ki, lobyanın tərkibində zülal və sellülozun miqdarı çoxdur. Bu səbəbdən bu qidanı gündəlik qəbul edən insanlar ürək-damar sistemi xəstəliklərindən, piylənmədən, diabet və insultdan qorunur.

Eyni zamanda məlum olub ki, paxla qəbul edənlərin toxuması gec parçalanır və ürəyin fəaliyyəti yaxşılaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.