Sağlamlıq

Xərçəngin yayılmasının ağlagəlməz səbəbi açıqlandı

20 Sentyabr 2018 20:30
0 Şərh     Baxış: 4 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bağırsağın mikroflorası qalın bağırsaqda hər hansı iltihab prosesi olmadan xərçəng şişlərinin yaranmasına səbəb ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Münhen Texniki Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Qalın bağırsaq xərçəngindən əziyyət çəkən 541 nəfər üzərində aparılan müşahidələr nəticəsində məlum olub ki, bu xəstəliyin yaranması üçün xroniki iltihabın olması vacib deyil. Bu cür bədxassəli şiş hüceyrələrin strukturlaşdırılmamış zülallara reaksiyasının kifayət qədər olmaması nəticəsində də yarana bilər.

Qeyd edək ki, qalın bağırsaq xərçəngi ən geniş yayılmış bədxassəli şişlərdəndir. Hər il bu xəstəliyə yoluxanların sayı 600 min nəfər artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.