Sağlamlıq

Hamilə qadınlara məsləhət: Bunu etməyin!

24 Sentyabr 2018 07:00
0 Şərh     Baxış: 2 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honkonq Universitetinin alimləri yeni tədqiqatların nəticəsinə əsasən bildiriblər ki, hamilə qadınların həddindən artıq yeməsi təhlükəlidir. Belə ki, bu uşaqlarda şəkərli diabetin yaranmasına səbəb ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatlar 900 hamilə üzərində aparılıb. Araşdırmalardan bəlli olub ki, həddindən artıq yemək orqanizmin yüklənməsinə səbəb olur və ana bətnindəki uşaqda insulinə qarşı müqavimət artır. Bu da ikinci tip diabetin inkişaf etməsi ilə nəticələnə bilər.

Çin alimləri, eyni zamanda, onu da qeyd ediblər ki, şəkərli diabet uşaqlarda özünü yeddi yaşadək büruzə verə bilər. Bu səbəbdən mütəxəssislər qadınlara hamiləlik müddətində düzgün qidalanmağı və çəkilərinə nəzarət etməyi məsləhət görürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.