Sağlamlıq

Çapıqlar və onların növləri

24 Sentyabr 2018 07:35
0 Şərh     Baxış: 2 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çapıqlar insanın bədənində iz qoymaqla yanaşı, psixi pozuntular, özünə qapanma, cəmiyyətdən təcrid olma kimi bir sıra problemlərə də səbəb ola bilər.

Çapıq-tibbi nöqteyi nəzərdən dəri bütövlüyünün pozulması nəticəsində əmələ gələn problemdir. Bu, dəri sağaldıqdan sonra meydana çıxan birləşdirici toxumadır və dəri bərpasının son mərhələsi hesab olunur. Çapıqlar üç növə bölünür-normotrafik, atrofik və hipertrofik. Hipertrofik çapıqların kelloid deyilən əlavə növü daha var.

Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a həkim-dermatoloq, tibb elmləri namizədi Elşad Novruzov məlumat verib.

Bildirilib ki, normotrafik ən yüngül çapıq növüdür. Digər çapıq növlərini müalicə edərkən məqsədimiz çapığı normotrafik hala gətirib çıxara bilməkdir. Yəni çapığın səviyyəsi ətraf toxumalarla bir olsun.

Atrofik dəri səthindən aşağı olan çapıq növüdür. Bu cür çapıqların müalicəsində məqsədimiz çapığın dibinin yuxarı qalxması və ətraf toxuma ilə bərabər olmasıdır. Hipertrofik isə daha qabarıq çapıq növüdür. Bu cür problemləri müalicə edəndə çapığın daha qabarıq, yəni artıq hissəsi götürülür və o, yenə ətraf toxumalarla bir səviyyəyə gətirib çıxarmağa çalışılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.