Sağlamlıq

Yatmazdan əvvəl bunları edin

14 Sentyabr 2018 20:00
2 Şərh     Baxış: 2 101

Evə gələndə bütün günün yorğunluğunu atmaq üçün yatmaq istəyi yaranır. Amma daha vacib məsələlərdən biri də üz dərinizin səhər açılanda parlaq və ürəkaçan olmasıdır. 

Milli.Az axşam.az-a istinadən, yatmazdan əvvəl etməli olduğunuz bur neçə qaydanı təqdim edir:

Makiyajı dərhal təmizləyin

Sağlam dəri üçün mütləq makiyajı təmizləməlisiniz. Dəri tipinizə uyğun vasitələrdən istifadə daha məqsədəuyğundur. Cildinizə ziyan vurmadan 30 saniyə boyunca dərini ovaraq təmizləməyə çalışın.

Üzünüzü yuyarkən diqqətli olun

Üzünüzü ilıq su ilə yuyun. İlıq su qan axışını tənzimləyir və dərinin canlı görünməsinə imkan yaradır.

Dərini qurulamağa diqqət edin

Dərinizi yuduqdan sonra təzə dəsmalla qurulayın. Sərt hərəkətlərdən istifadə etməyin.

Maska istifadə edin

Yorulan və kirlənən dərinizi rahatlaşdırmağa maskalar yardımçı olacaq. Dəri tipinizə uyğun maskalar işlədin.

Üzünüzü nəmləndirməyi unutmayın

Dərinizin sağlam və canlı görünməsi üçün ən vacib amil nəmləndirici kremlərdir.

Yatmazdan əvvəl duş alın

Dərini rahatlaşdırmaq üçün ilıq su ilə duş alın. Bu, yorğunluğunuzun çıxmasına kömək edəcək.

Əl və ayaqlarınız nəmləndirin

Üzünüz və bədəninizlə yanaşı əl və ayaqlarınızı da nəmləndirin. 

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Sentyabr 20:4142

    Yatmazdan 1 saat evvel Temiz havada gezmek ,sarıköklü süd içmək,bir de saclari acik qoymaq .Yorqunluqu cixardir .Men süd xoslamiram rayonda nenemin xetrine icirdim.nenem her axsam sarikok bir de 1 dene qend atirdi isti südə 1 stekan her axsam icirdirdi mene heqiqeten yaxsi tesir edir Maskada en yaxsisi zeytun yaqina bal qatib vurursan üzə yumusaq edir .

    Cavab yaz
  • Anonim
    .... · 14 Sentyabr 21:37132

    Əşi uşaqlar adami o qeder yorur ki, uşaqları yatirdan da adam özü uşaqlardan evvel yatır ))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.