Sağlamlıq

Yağlı süd məhsulları ömrü uzadır

14 Sentyabr 2018 23:31
0 Şərh     Baxış: 883

Mütəxəssislər pəhriz saxlayanların kaloriləri süd məhsullarının daha az yağlılarından istifadə etməklə azaltmalarının yanlış olduğunu bildiriblər. Belə ki, süddən hazırlanmış qidaların daha yağlıları ömrü 25 faiz uzatmağa kömək edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər bu qənaətə 21 ölkədən olan 130 nəfərin iştirak etdiyi tədqiqatların nəticəsində gəliblər. Alimlərin fikrincə, yüksək kalorili süd məhsulları ürək-damar xəstəliklərinin qarşısını alır. Bu məhsulların arasında orqanizmə ən müsbət təsir göstərən isə yağlı süd və yoqurtlardır. Daha yağlı süd qidaları ürək patologiyalarından qorumaqla ömrü 25 faiz uzatmağa kömək edir. Alimlər bütün pəhriz saxlayanları kaloriləri süd məhsullarının deyil, digər qidaların hesabına azaltmağı məsləhət görürlər. Bu, karbohidratlar və ya qırmızı ət ola bilər.

Az kalorili süd məhsullarına keçmək xüsusilə yaşlı insanlar üçün təhlükəli ola bilər.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.