Sağlamlıq

Yeməkdən əvvəl su içmək...

12 Sentyabr 2018 23:01
0 Şərh     Baxış: 4 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhər acqarına su içmək çox yaxşı adətdir. Elmi cəhətdən də sübut olunub ki, günü bir stəkan su ilə başlamaqla miqren, böyrək patologiyaları, damar və həzm problemləri kimi bir çox xəstəliklərin qarşısını almaq olar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səhər yeməkdən əvvəl su içmək əzələləri gücləndirir, böyrəklərin sağlamlığını qoruyur və normal fəaliyyətini təmin edir.

Yuxu zamanı insanın bədəni təbii olaraq tər və nəfəs vasitəsilə maye itirir və susuzlaşır. Ona görə səhər su balansını bərpa etmək çox vacibdir.

Arıqlamaq istəyənlər də çoxlu su içməlidirlər. Səhər ac qarına su içdikdə orqanizmdə bir növ təmizlənmə prosesi gedir. Bədən şlaklardan təmizlənir, maddələr mübadiləsini güclənir ki, bu da arıqlamağın əsas yoludur.

Həyat mənbəyi olan su həzm prosesini asanlaşdırır, qandakı toksinləri təmizləyir, dərinin cavanlaşmasına səbəb olur, ürəyi və damarları qoruyur. Qanın qatı olması ürək və damarların sağlamlığına ziyan vurur.

Səhər ac qarına su içmək eyni zamanda gün boyu gümrahlığın və xoş əhval-ruhiyyənin təminatıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.