Sağlamlıq

Alimlər hamilələr üçün ən faydalı qidanı müəyyən ediblər

17 Avqust 2018 23:49
1 Şərh     Baxış: 3 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yumurtanın tərkibi yod, B12 və D vitamini, dəmir, fol turşusu, xolin ilə zəngindir. Bu nəticə aparılan 18 elmi tədqiqatın yekununda əldə olunub. Bütün bunlar dəniz məhsullarının tərkibində olan uzun zəncirli yağ turşularının çatışmazlığı zamanı kömək edir.

Alimlər bununla tərkibi hamilə qadınlara lazım olan bir sıra vitamin və mikroelementlə zəngin ən faydalı qidanı müəyyən ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə gələcək anaların günlük qida rasionuna toyuq yumurtası əlavə etməklə, vaxtından əvvəl doğuş riskini azaltmaq, uşaqda çəki azlığının və hamilələrdə meydana çıxan depressiyanın qarşısını almaq olar.

Bundan əlavə alimlər bildiriblər ki, yumurta D vitamini mənbələrindən biridir və bu ərzaq B12 vitamini ilə də zəngindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.