Sağlamlıq

Alimlərdən xərçəngə qarşı yeni dərman

10 Avqust 2018 23:49
0 Şərh     Baxış: 2 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyalı alimlər xərçəng hüceyrələrinin digər sağlam hüceyrələrə qovuşaraq çoxalmasının qarşısını alan yeni dərman icad ediblər.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, yeni dərman xərçəng hüceyrələrini "əbədi yuxuya qərq edir". Amma alimlər qeyd ediblər ki, yeni dərmanı heyvanlar üzərində artıq sınaqdan keçiriblər. İnsanlar üzərində təcrübə aparmaq üçün hələ tezdir.

"Nature" jurnalında yayımlanan bu təcrübə 10 il davam edib. Alimlərin fikrinə görə bu dərman ənənəvi xərçəng müalicəsinin səbəb olduğu yan təsirlərə malik deyil.

Dərman siçanlarda qan xərçəngi və qara ciyər xərçənginin inkişafını dayandırıb. Alimlər qeyd edirlər ki, ənənəvi xərçəng müalicəsi DNA-nı zədələyir. Eyni zamanda sağlam hüceyrələrə də ziyan vurur. Kimyəvi terapiyanın da əks təsirləri çoxdur. Yeni dərmanlar isə xərçəngin yayılmasını təmin edən spesifik proteinlərin istehsalını dayandırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.