Sağlamlıq

Onkoloqlar Azərbaycanda xərçəngin daha çox yayılmış növləri və səbəbləri barədə

10 Avqust 2018 08:10
10 Şərh     Baxış: 6 924

2017-ci ilin statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır. Ötən il yenitörəmələrdən ölən 0-17 yaşda uşaqların sayı 105 nəfər təşkil edib.

Milli.Az xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Trend-ə açıqlamasında bildirib ki, xəstəliyin qarşısını almaq üçün insanların vaxtında həkim müayinəsindən keçməsi lazımdır:

"Gözləmək lazım deyil ki, xəstəlik tam yerini möhkəmləndirəndə həkimə müraciət olunsun".

Bəs Azərbaycanda xərçəng xəstəliyinin hansı növü geniş yayılıb?

Trend-in bu sualını Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov cavablandırıb.

Baş həkimin sözlərinə görə, Azərbaycanda süd vəzi xərçəngi daha çox yayılıb:

"Statistikaya görə bu xəstəliyə yoluxanların sayı dünyada 1,7 milyona çatır, bizim ölkədə isə ötən ilin nəticələrinə görə 2000 insan süd vəzi xərçəngindən əziyyət çəkir. İkinci yerdə ağciyər xərçəngidir. Ağciyər xərçəngi adətən kişilərdə daha çox rast gəlinir, ancaq 20-30% qadınlar arasında da yayılıb".

N.Qasımov qeyd edib ki, Azərbaycanda xəstəliyin artmasına bir neçə faktor səbəb olur:

"İlk öncə qida faktoru, siqaret çəkmək, ətraf mühitin çirklənməsi və gec uşaq dünyaya gətirmək kimi amillər xərçəngə yol açır".

N.Qasımov qeyd edib ki, hazırda bağırsaq xərçəngindən əziyyət çəkənlərin sayı artıb:

"Əvvəllər insanlar arasında mədə xərçəngi daha tez-tez rast gəlinərdi. İndi isə bağırsaq xərçəngi onu əvəz edir. Səbəb isə odur ki, əvvəllər keyfiyyətli qida yox idi, bu gün isə var, amma düzgün qidalanma yoxdur. Üstəlik siqaret çəkmək də xəstəlik riskini artırır".

Milli.Az

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Mən · 10 Avqust 08:17140

    Oralara baş çəkmək olurki?bahaçılıq,süründürməçilik.adi profilaktika üçün qiymətlər elədiki,kor-peşiman geri qayıdıb Allaha yalvarırsanki,məni o xəstəlikdən uzaq elə.Yediyimiz hansı qida yaxşıdı ki?Hamısının genini dəyişdiriblər.Onu eliyənin geni dəyişsin.

    Cavab yaz
  • Anonim
    aea · 10 Avqust 09:3390

    Əksinə , əvvəllər qida normal idi, ibndi bütün qidaların tərkibinə cürbəcür qatqılar əlavə edirlər.... Qabaq inqubatorda toyuq 6 aya böyüyürdüsə, indi 1 aya toyuq ətlik olur.... İçkilər, soklar (enerji içkiləri) isə bütün orqanizmi məhv edir...

    Cavab yaz
  • Anonim
    F · 10 Avqust 09:4940

    Bəli bəli elədi.mən sexsen oranin xestesiyem inanin helə adi yoxlanmaqa 100-200cixir

    Cavab yaz
  • Anonim
    Aysel · 10 Avqust 10:1630

    Bele cixir ki,texminen 10 ilden sonra insanlar ancaq xercengden ölecek.Allah axirimizi xeyir elesin.

    Cavab yaz
  • Anonim
    Syama · 10 Avqust 11:0120

    Xaricdeki kimi mecburi muayineden kecmelidi hami.Zehmet cekib qiymetleri de asagi elemelidiler.yaziqdi camaat.Onkologiyaya allah hec kesin yolunu salmasin.Menim bacim xestedi.Her defe ximyalara 500 cixir.

    Cavab yaz
    • Anonim
      alsu · 10 Avqust 11:4400

      he vallah esrin belasidir xerceng alimler buna qarwi peyvend fikirlewsinler ki camaat eziyyet cekmesin

      Cavab yaz
  • Anonim
    Edile · 10 Avqust 12:2410

    ALLAH komek olsun butun xestelere ora bazardi muaine olunub gelib oturmuwam ALLAHa penah

    Cavab yaz
  • Anonim
    LADY- L · 10 Avqust 13:3330

    Deyir evvel qidalar temiz deyildi indi temizdi. Hansi qida temizliyinden danishirsan ay hekim ? Kolbasa sosiskalara ne qeder kimyevi qatqilar qatilir, sud vezi xercengini esasen sosiskalar yaradir. Broyler toyuqlar 28-29 gune dava dermanla shirshirdilib kesilir , meyve terevezlerin terkibinde o qeder kimyevi gubreler varki evde 1 ay qalir amma qurd salmir,xarab olmur. Qazli ickilerin de coxu ele zirzemilerde kustar usullarla doldurulub satisha cixarilir. Evvelki qidalar temiz deyildise niye sovet dovrunde xerceng bu qeder yayilmamishdi. Indi her 5 neferden 1-i bu belaya tutulur. Mualice merkezleri de hamisi aciq bazar !

    Cavab yaz
  • Anonim
    Ziya · 10 Avqust 15:5810

    2015ci ilden men de oranın xestesiyem hem bahaliq hem de tıbbi personalin insanlara münasibeti çox pisdir. Adam o münasibeti gorende biraz da ruhdan düşür.Allah özü komek olsun inşallah hamiya.3 ildir dermansiz günüm yoxdur.hekime gedirsen başqa problem qalir çox bahaliqdir.

    Cavab yaz
    • Anonim
      LADY- L · 10 Avqust 17:3100

      Allah shefanizi versin. Bizi ise en cox tenge getiren xestexana icinde xestelerin firfira kimi firladilmasidi. Adamin bashi gicellenir mertebeleri qalxib dushmekden. Korpuslar arasinda gedib gelmekden, her qapida novbe tutub gozlemekden yaziq xestelerin canindan can gedir. Daha fikirleshmirler ki emeliyyat olunani var, analize ac geleni var, yashlisi var, esebi zeif olani var. 1 kagiz parcasina gore adami ne qeder firladirlar. Axirda da hem pulun gedir hem canin.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.