Sağlamlıq

Ən təhlükəli döş xərçənginin müalicəsi tapıldı

8 Avqust 2018 23:52
3 Şərh     Baxış: 3 475

Leybnits adına Qocalmanın Araşdırılması İnstitutunun alimləri çox təhlükəli süd vəzi xərçəngi hüceyrələrində aktiv olan TRPS1 zülallarını eyniləşdiriblər. Bu birləşmə yeni effektiv dərmanlar üçün potensial hədəfdir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı məlumat "MedicalXpress" tərəfindən yayımlanıb. 

Döş xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növüdür və il ərzində bu xəstəlikdən 521 min insan dünyasını dəyişir. Bu xəstəliyin üç müxtəlif növü var: ER-müsbət, HER2-müsbət və üçqat mənfi xərçəng. Döş xərçəngi xəstəliklərinin 15 faizini təşkil edən sonuncu növün müalicəsi olduqca çətindir. 

Məlumdur ki, "Hippo" siqnal yolu toxumaların regenerasiyasında və xərçəng hüceyrələrinin yaranmasında başlıca rol oynayır. Bu komponentin əsas komponentlərindən biri orqanların ölçüsünə nəzarət edən zülalıdır. Mütəxəssislər hesab edir ki, zülalın aktivləşdirilməsi xəstənin sağalmasına kömək edir. Bunun səbəbi bugünədək müəyyən olunmayıb. 

Alimlər hesab edirlər ki, TRPS1 zülalı zülalın aktivləşməsinə səbəb olur və "Hippo" siqnal yoluna düşərək xərçəng hüceyrələrinə təsir göstərir.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Ana · 9 Avqust 00:0280

    Ne vaxt tetbiq olunacaq bes bu dermanlar ,camaat qirilib qurtarandan sora ? Her defe yazilir ki mualicesi tapilib ancaq tetbiq olunmur. Her defe umidlendirib insanlarin hisleriyle oynayirlarsa allah baslarina das salsin .

    Cavab yaz
  • Anonim
    Zz · 9 Avqust 00:2230

    Bos seydi o icad olunub bu icad olunub deyirler ele arada hecne yoxdu

    Cavab yaz
  • Anonim
    Do Re Mi · 9 Avqust 00:4010

    Tapdıqlarını xəstələr üzərində hələ təcrübədən keçirməlidirlər, yəqin dəqiq bir neçə ildən sonra təsdiq olunar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.