Sağlamlıq

Ürəyin yaxşı işləmədiyini göstərən GİZLİ ƏLAMƏTLƏR

18 İyul 2018 22:48
0 Şərh     Baxış: 9 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təəssüf ki, bir çox hallarda bu xəstəliklər gizli inkişaf edir və onların ilkin simptomları digər xəstəliklərin simptomları ilə qarışdırılır.

Bu səbəbdən ürək-damar sistemi xəstəliklərinin ilkin gizli simptomlarını bilmək çox vacibdir. Milli.Az saglamolun.az-a istinadən bu simptomların siyahısını təqdim edir:

1. Yorğunluq və halsızlıq

Bir çox hallarda insanlar bunu digər səbəblərlə izah edir, lakin əgər yorğunluq heç nəyə baxmayaraq uzun müddət ərzində keçmirsə, kardioloqun müayinəsindən keçin.

2. Öskürək

Bu simptomu biz yalnız nəfəsalma sistemi xəstəlikləri ilə əlaqələndiririk. Lakin öskürək ürək xəstəliyi fonunda da meydana gələ bilər.

Öskürək müalicəyə baxmayaraq keçmirsə, uzanaq vəziyyətdə əmələ gəlirsə, kardioloqun müayinəsindən keçməyinizi tövsiyə edirik.

3. Yuxusuzluq

Bu əsasən sinir sisteminin fəaliyyətində olan pozulmaların simptomu kimi qiymətləndirilir. Lakin ürək xəstəlikləri zamanı da bu simptom meydana gəlir.

4. Osteoxondroza oxşar ağrılar

Qol, çiyin, boyun və kürək nahiyəsində ağrılar əsasən osteoxondrozun simptomları sayılır. Lakin belə ağrılar ürək xəstəliyin və hətta infarktın simptomu ola bilər.

5. Ayaqlarda ödemlər

6. Kişilərdə potensiya problemləri

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.