Sağlamlıq

Uşaqların piylənməsinin səbəbi müəyyənləşdi

11 İyul 2018 23:14
0 Şərh     Baxış: 2 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Harvard Universitetinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində sağlam həyat tərzi sürən qadınların uşaqlarının piylənməyə daha az meyilli olduqları müəyyənləşib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sözügedən tədqiqata cəlb olunanlar öz və övladlarının sağlamlığı, həmçinin sürdükləri həyat tərzi, zərərli vərdişlər, fiziki fəallıq, istifadə etdikləri qida məhsullarının keyfiyyəti haqqında sualları cavablandırıblar. 

Yekunda mütəxəssislər uşaqlarda piylənmə və digər xroniki xəstəliklərə səbəb ola biləcək 5 amili xüsusi qeyd ediblər.

Bunlar 18,5-dən 24,9-a qədər olan bədən kütləsinin indeksi, alkoqoldan az istifadə, siqaretdən imtina, sağlam qidalanma və həftədə 150 dəqiqə fiziki fəallıqdır. 

Tədqiqatlar göstərib ki, bu qaydalara riayət edən qadınların övladlarının bu qaydaları qulaq ardına vuran qadınların övladları ilə müqayisədə piylənmə riski 75% aşağıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.