Sağlamlıq

Xərçəng xəstəliyinin 4 növünün dərmanı tapıldı - TİBBDƏ İNQİLAB

11 İyul 2018 23:56
3 Şərh     Baxış: 3 982

Oreqon Elm və Səhiyyə İnstitutundan bir qrup alim xərçəng xəstəliyinin ən geniş yayılan 4 növünün qarşısını ala biləcək dərman tərkibi hazırladıqlarını iddia edirlər.

Milli.Az xəbər verir ki, dərmanın tərkibi hələlik gizli saxlanılsa da, adı "KBU2046" kimi açıqlanıb.

İlkin mərhələdə bu məhlul döş, prostat, qalın bağırsaq və ağciyər xərçənginin sürətli inkişafının qarşısını alır. Məhlul ilk dəfə siçanlar üzərində sınaqdan keçirilib. Hər xəstəliyin tək-tək daşıyısıcı olan siçanlarla yanaşı, 4 növ xərçəng xəstəliyinin daşıyıcısı olan siçanlar üzərində test edilib."KBU2046" adlı məhlulun metastatik xərçəngin yayılmasının qarşısını ala biləcək keyfiyyətlərə sahib olduğu da bildirilib.

Alimlər dərmanın rəsmi satışa çıxarılmazdan əvvəl daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu deyirlər:

"Dərmanın tərkibi birbaşa xərçəng xəstəliyi yaradan hüceyrələrin məhvinə istiqamətlənib. Lakin onun orqanizmdə digər orqanlara ziyan vurmasının qarşısını almaq üçün əks təsirlərini minimuma endirəcək qatqılar əlavə edilməlidir".

Tədqiqatçılar beləliklə, erkən diaqnozla xəstələrin həyatını xilas edə biləcəklərini deyirlər. Yaxın gələcəkdə məhlulun insanlar üzərində də sınaqdan keçirilməsi gözlənilir. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    *55*44* · 12 İyul 00:4830

    Bu xebere cox sevindim esrin belasi olan bu xesdeliyin isallah mualicesi tapilar heckes bu xesdelikden ezyet cemez dayi dediyimiz ama qan qohumlugum yoxdu amma yaxinlarim qeder cox isdiyirem cox gozel insandi heyif yaxinlari caresiz qaliblar bu xesdelik ucbatindan olecek hekim iki uc gun vaxd qoyub cox tessuf

    Cavab yaz
  • Anonim
    Elshan · 12 İyul 09:1220

    Hemin dermanlar ancaq milyarderler uchun elchatan olacaq... Dermani yaysalar bes bu qeder bahali kimya terapiyalar, aparatlar, diger vasiteler nece satilar?! Sadelovh olmayaq...

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 12 İyul 11:3100

    09:12 düz yazmısız

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.