Sağlamlıq

Məşhur professordan İNANILMAZ SÖZLƏR: "Hamilə qadınlar hər gün..."

25 İyun 2018 03:30
3 Şərh     Baxış: 4 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli kardiloloq və professor Canan Karatay hamilə qadınlara gündə 10 ədəd kənd yumurtası yeməyi məsləhət görüb.

Milli.Az xəbər verir ki, həkim növbəti dəfə hamiləlik haqqında açıqlaması ilə hər kəsi təəccübləndirib.

Ürək və daxili xəstəliklər üzrə ekspert hesab edir ki, hamilə qadın bir ayda 3 kq kökəlməlidir: "Hamilə və süd verən qadınlar hər gün 10 kənd yumurtası yeyə bilər. Yumurta onlara kömək edir ki, sinir sistemi özünü toplasın və hamiləlikdən sonra sağlam şəkildə arıqlasınlar".

Canan Karatay onu da əlavə edib ki, 10 ədəd yumurtanı əlbəttə bir dəfəyə deyil, gün ərzində, müxtəlif vaxt intervallarında yemək lazımdır. Söhbətinə dünyadan nümunələr verərək davam edən Karatay Çində hamilələrin və əmizdirən anaların də gündə 10 yumurta yediklərinin vurğulayıb.

Karatay yalnız analar üçün deyil, uşağın beyin inkişafı üçün də yumurtanın vacib olduğunu dilə gətirib: "Hamiləlikdə şəkərdən mütləq uzaq durun. Atam şəkər xəstəsi idi, anam bizə uşaqlığınızdan bəri çayı və qəhvəni şəkərsiz içirərdi. Mən də uşaqlıqdan şəkərsiz böyümüşəm. Şəkər lazımlı qida deyil. Deyildiyi kimi, beyin şəkərlə qidalanmır. Əksinə şəkər bir çox xəstəliyə zəmin hazırlayır. Bu gün Altsheymer xəstəliyinə beynin 3-cü tip şəkər xəstəliyi deyilir.

Hamiləlikdə qadınların bədəni adətən xəmir xörəkləri tələb etmir. Əgər bunu istəyirlərsə, böyük ehtimalla onların gizli şəkəri var. Əsl problem odur ki, qadınlar gizli şəkəri, ya da şəkər xəstəsi olduğunu bilmədən hamilə qalırlar. İnsan bədəninin 60 faizi sudur, 20 faizi protein, 19,9 faizi yağ və yalnız 1 faizdən azı karbohidratdır.

Hamiləlikdən ən az 6 ay əvvəl həyat tərzinizi dəyişdirin. Gələcək ata və ana namizədi olaraq bədəninizi toksinlərdən təmizləyin. Sağlam uşaq dünyaya gətirmək üçün güman etdiyimiz kimi yalnız ananın deyil, atanın da ciddi rolu var. Valideynlərin immunitet sistemi, vitamin və mineral çatışmazlığı (xüsusən, D vitamini) gələcək körpənizin sağlamlığı üzərində güman etdiyinizdən daha təsirlidir".

Qeyd: Hamilə və süd verən analar, bu təklifləri tətbiq etməzdən əvvəl mütləq öz həkiminizə məsləhətləşin! (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.