Sağlamlıq

Böyrəklər üçün ən təhlükəli 5 məhsul

22 İyun 2018 23:03
0 Şərh     Baxış: 5 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ alimləri böyrəklərin fəaliyyətinə mənfi təsir edən, böyrək xəstəliklərinin riskini artıran məhsulların siyahısını tərtib edib.

Araşdırmalar göstərir ki, bu məhsulların çoxlu miqdarda istehlakı böyrəklərə ciddi ziyan vurur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə, böyrəklər üçün ən təhlükəli məhsul qəhvədir. Bu içki böyrəklərə düşən gərginliyi artırır ki, bu da onlarda pozulmaların inkişafına təkan verir.

İkinci yerdə qırmızı ətdir. Mütəxəssislər böyrəklərin sağlamlığını qorumaq üçün qırmızı ətin istehlakını azaltmağı tövsiyə edirlər.

Növbəti ziyanlı məhsul duzdur. Duz orqanizmdə mayeni saxlayır ki, bu da böyrəklərin fəaliyyətinə mənfi təsir edir.

Dördüncü ziyanlı məhsul çaydır. Çaydan sui istifadə böyrəklərə ziyan vurur.

Sonuncu təhlükəli məhsul şirin qazlı içkilərdir. Bu içkilər qanda kalsiumun səviyyəsini artırır ki, bu da böyrək daşı xəstəliyinin inkişafna təkan verə bilər. Bəzi elmi araşdırmalar göstərir ki, şirin qazlı içkilərin çoxlu miqdarda istehlakı hətta böyrək çatışmazlığına gətirib çıxarda bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.