Sağlamlıq

Yemişi necə yeyək ki, faydası olsun? Diyetoloqlar tövsiyə edir

22 İyun 2018 23:12
1 Şərh     Baxış: 4 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yemiş çox faydalı məhsuldur.

Vitamin, minerallar, həll olunmayan liflər, pektinlərlə zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, sinir sistemi üçün faydalıdır, cinsiyyət sisteminə müsbət təsir edir, insanı daha gümrah edir, stress və depresiya ilə mübarizə etməyə kömək edir.  

Lakin bütün bu faydalı xüsusiyyətləri ilə yanaşı yemiş ağır, çətin həzm olunan məhsul sayılır, qarında ağrı, köp, ishal kimi hallara səbəb olur.

Diyetoloqların fikrinə görə, bunun səbəbi yemiş deyil, onun düzgün şəkildə istehlak edilməməsidir. Bəs yemişi necə yeyək ki, faydası olsun?

Milli.Az saglamolun.az-a istinadən diyetoloqların tövsiyələrini təqdim edir:

1. Yemiş əksər hallarda yeməkdən sonra desert kimi yeyilir. Bu çox böyük səhvdir. Digər qidalarla qarışanda yemiş tez-tez həzm problemlərinə səbəb olur. Bu səbəbdən yemişi yeməkdən 2 saat əvvəl və ya 2 saat sonra yemək lazımdır.

2. Yemişi çox yemək olmaz. Bu qarında ağırlıq və köp kimi xoşagəlməz hallara səbəb ola bilər. Mütəxəssislər bir dəfəyə 200 qr-dan artıq yeməməyi tövsiyə edirlər.

3. Yemişdən sonra soyuq su, qatıq, kefir, yoğurt, süd içmək olmaz.

4. Yemişlə yanaşı spirtli içkilər qəbul olunarsa bu ağır ishala səbəb ola bilər.

5. Şəkərli diabet, mədə və 12 barmaq bağırsağı xora xəstəliyi, qastrit, kolit (kəskinləşmə dövründə), həzm sisteminin infeksion xəstəlikləri zamanı yemişdən imtina etmək lazımdır.

6. Uşaq əmizdirən ana da yemiş yeməməlidir ki, bu uşaqda həzm pozulmalarına gətirib çıxarda bilər.   

7. Doğranmış yemişi soyuducuda uzun müddət ərzində saxlamayın. Doğranmış yemişdə mikrobların sayı sürətlə artır ki, bu da zəhərlənməyə səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.