Sağlamlıq

Ayaq tərləməsindən əziyyət çəkirsiniz?

22 İyun 2018 23:25
0 Şərh     Baxış: 5 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay gələndə ayaqlarınızı yumaqdan lap təngə gəlirsiniz. Bütün günü tərləyir. Ayaqqabılarınızdan pis qoxu gəlir. Hərdən barmaqlarınızın arasında kiçik qovuqcuqlar da əmələ gəlir. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, orqanizmində baş verən bu dəhşətli prosesin səbəbini aydınlaşdırmaq üçün dərhal həkimə müraciət etməlisiniz. Çox güman ki, həkim göbələk xəstəliyinə yoluxduğunu deyəcək.

Bütün kainatın bəlası - göbələk

İlin bütün fəsillərində insanı narahat edən göbələk mikroblarına bədənin hər yerində rast gəlmək mümkündür: bağırsaqda, cinsiyyət orqanlarında, əl və ayaq barmaqlarında, dırnaqlarda, bir sözlə, bədənin müxtəlif yerlərində. İnsanın orqanizmində ömrü boyu göbələk mikrobları yaşayır. Yediyimiz qidaların 75 faizi göbələk mikroblarının inkişafına sərf olunur. Bu da özünü bədənin istənilən nöqtəsində büruzə verir. İnsanları ən çox narahat edən ayaq göbələyidir. Göbələk keçici irsi xəstəlikdir. Əgər nəsildə kimdəsə bu xəstəlik varsa, mütləq övladlarda, nəvədə də bu virusa rast gəlinəcək.

Xəstəliyin məkanı: barmaqların arası, dırnaqlar.

Əgər sizdə...

Dözülməz dərəcədə qaşınma, dırnağın quruluşunda hissolunan dəyişikliklər, ayaqda səpkilər və sulanma, qızartılar varsa, dırnağın tez-tez dibindən qırılırsa, üstündə sarımtıl xətlər yaranırsa, özünü halsız, zəif hiss edirsənsə, hərdən hərarətin yüksəlirsə, demək, sən göbələk virusunun pəncəsindəsən. Digər göbələk xəstəliyi isə dərinin qızarması, quruması və qabıq verməsi, ayaqda çatların əmələ gəlməsi ilə müşahidə olunur.

Səbəb nədir:
Göbələk canlı qalması üçün gün işığına ehtiyacı olmayan mikroskopik virusdur. Bir az nəmişlik olan kimi bu virus canlanır, hətta balalayıb çoxala da bilir. Göbələk virusunun yaranma səbəbi rütubət, çox isti yerlər, tərləyən ayaqlardır.

Kimlər risk altındadır:
· Gün altında gəzməyi xoşlamayanlar
· Çox isti corab geyinənlər
· Oturaq və qapalı iş şəraitində çalışanlar
· Diabet xəstələri
· Allergiyaya meylli olanlar
· Çimərliklərdə, hovuz kənarında ayaqqabısız gəzməyi xoşlayanlar
· İstirahətdə olanlar

Xəstəliyin dəhşətli fəsadları
Çoxları virusa önəm vermir, göbələyi bir xəstəlik kimi qəbul etmir. Elə buna görə də göbələk xəstələrinin sayı günü-gündən artır. İnsanlar düşünmürlər ki, müalicəsiz qalan göbələk mikrobları bütün bədənə yayıla, insanı sağalmaz xəstəliyə yoluxdura bilər. Əgər ayaqda sulu səpkilər əmələ gəlirsə, demək, bədənində daha ağır infeksiya əmələ gəlib. Müalicənin gecikməsi xəstənin sinir sistemində, qan dövranında problemlər yaradır.

Müalicə necə aparılmalıdır:
Xəstəliyin müalicəsi uzun müddət tələb edir. Bu sizin 6-12 ay vaxtınızı ala bilər. Müalicə zamanı bütün orqanizm, xüsusilə də qaraciyər həkim nəzarəti altında olmalıdır. Çünki göbələk zamanı istifadə edilən preparatların xoşagəlməz təsiri ola bilər: iştahsızlıq, başgicəllənməsi, qusma və ürəkbulanma. Müalicə tam aparıldıqdan, xəstə sağaldıqdan sonra da tez-tez həkim müayinəsindən keçmək lazımdır. Həkimə nə qədər tez müraciət etsən, xəstəliyin pəncəsindən bir o qədər asan xilas olarsan.

Prafilaktik tədbir:
Heç kimə öz ayaqqabılarından istifadə etməyə icazə vermə. Hər gün ayaqqabılarının içini spirtlə sil. Və ya... Ayaqqabının içini dezinfeksiya et. Bunun üçün dəsmalı sirkədə isladıb, ayaqqabının içinə qoy. Sonra onu torbaya qoyub bir gün saxla. 

Hovuz kənarında, idman zallarında ayaqqabısız gəzmə. İctimai yerlərdə çiməndən sonra ayaqlarını, xüsusən də barmaqlarının arasını bərk-bərk qurula. Ayağın tərləyirsə xüsusi kremlərdən istifadə et. Ayaqlarını tez-tez alma sirkəsi ilə sil. Yaşıl çayla ayaqlarına kompres et. 

Diqqət! Diqqət!
Göbələk keçici virusdur. Əgər evdə kimsə bu virusa yoluxubsa, onda ailənin digər üzvləri də müalicə olunmalıdır.

Ən təsirli dərman:
Südləyən bitkisinin qurusundan bir az götürüb suda qaynat. Ayağını qaynayan suyun buğuna ver. Prosesi gün ərzində iki dəfə təkrarla. Üç gündən sonra müsbət effekt görəcəksən.

Xalq təbabəti ilə müalicə...
· Əgər göbələk xəstəliyindən əziyyət çəkirsənsə onda nanəni əzib üzərinə bir az duz tök. Sonra onu barmaqlarının arasına qoy. Ayaqların tamamilə sağalacaq. 
· 2 xörək qaşığı yasəmən, 3 xörək qaşığı palıd kökü, 2 xörək qaşığı kalendula, 1 xörək qaşığı dəmrovotu götürüb isti suya tök, vam odda qaynat. Yarım saat saxladıqdan sonra təmiz parçanı həmin suya batırıb barmaqlarının arasına kompres qoysan, göbələkdən xilas olacaqsan.

Fakt:
Göbələk xəstəliyinə tutulan insanlar içkiyə meylli olurlar. Orqanizmdəki göbələk virusları spirtli içki tələb edir. Çox qəbul etdikdə isə astmaya, allergiyaya gətirib çıxarır. Üz dərisində qüsurlar əmələ gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.