Sağlamlıq

Böyük fəlakət yaxınlaşır: bu ölkə sürətlə quruyur

17 İyun 2018 01:30
0 Şərh     Baxış: 13 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan tarixinin ən böyük su böhranı ilə üz-üzə qalıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Hindistanın Tranformasiyası Milli İnstitutunun hesabatında yer alıb.

Hesabata əsasən, böhrana görə ölkədə hər il 200 min insan həlak olur. Bununla belə hazırda ölkə əhalisinin yarısının (600 milyon nəfər - red.) su çatışmazlığı ilə üz-üzə qaldığı vurğulanıb. İnstitut su çatışmazlığının ölkədə ümumdaxili məhsulun 6% azalmasına səbəb olacağını bildirib:

"21 böyük meqapolisdə 2020-ci ilə qədər yeraltı su ehtiyatları yox olacaq. Bu isə 100 milyon insanın həyatına təsir edəcək. Ölkənin su resurslarının 70%-i çirklidir. Buna görə də ölkə ən təmiz su ehtiyatlarına görə 122 ölkə arasında 120-ci yeri tutur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.