Sağlamlıq

Bu möcüzəli qarışıq həm arıqladır, həm də xərçəngdən qoruyur

11 İyun 2018 22:57
1 Şərh     Baxış: 4 092

Xərçəngin riskini azaldan məhsulların arasında pomidor birinci yerləşdədir.

Araşdırmalar göstərib ki, onun tərkibində olan likopin maddəsi həqiqətən xərçəng və ürək-damar sistemi xəstəliklərinin inkişafından qoruya bilər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, pomidor həmçinin arıqlamağa da kömək edir. Bu məqsədlə diyetoloqlar arıqlamaq istəyən insanlara pomidordan hazırlanmış smuziləri tövisyə edir. Belə ki, tanınmış rusiyalı diyetoloq Marqarita Korolyova Komsomolskaya Pravda-ya müsahibədə çox faydalı smuzi reseptini təqdim edib.

3 orta ölçüdə "ətli" pomidor, 1 çimdik sarıkök götürülür. Pomidorun qabığı soyulur, blenderdən keçirilir, sarıkök əlavə olunur, qarışdırılır. Bu qarışığı hər gün yeməkdən 1 saat sonra içmək lazımdır.

Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı pomidor şirəsini içmək olmaz. Bu xəstəliklər arasında: mədə xorası, xolesistit və pankreatit (öd kisəsi və mədə altı vəzi iltihabı), öd daşı və böyrək daşı xəstəliyi, böyrək və sidik kisəsinin iltihablar.   

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Anonim · 12 İyun 10:0700

    Noldu ele, daha deyin hec kese icmek olmaz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.