Sağlamlıq

Dişləri ağardır, dərini cavanlaşdırır...

11 İyun 2018 23:27
0 Şərh     Baxış: 4 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az axşam.az-a istinadən bildirir ki, Amerika, Afrika və Avropa ölkələrinin mətbəxində əsasən ədviyyat kimi istifadə olunan cəfərinin bir çox faydası var. Bəs, bu bitkinin faydalı xüsusiyyəti haqda nə bilirsiniz?

1. Cəfərinin tərkibində orqanizm üçün lazım olan A, B, C, K, E, PP vitaminləri, fol turşusu, maqnium, kalium, kalsium,dəmir, yod, marqanes, sink var.

2. Cəfəri iştahanın artması, anemiya, anoreksiya, depressiya, mədə yarları və qastrirlər, revmatizma, həzm sistemi pozğunluqları zamanı çox faydalıdır. 

3. O, qəbizliyin müalicəsi üçün vacib qidalardan sayılır. 

4. Cəfəridən davamlı olaraq istifadə eləmək qaraciyərin içinin stimulyasiya olunmasına səbəb olur. 

5. Cəfəri dişlərin ağarmasına, diş və diş əti xəstəliklərinin sağalmasına səbəb olur. 

6. Xalq təbabətində cəfəridən arterial təzyiqin aşağı salınması, ödqovucu, ümumi möhkəmləndirici və sidikqovucu məqsədlərlə istifadə edilir.

7. Onun qanda şəkərin miqdarını nəzarətə almaq və aşağı salmaq qabiliyyəti var. 

8. Tərkibində marqanesin çox olması cəfərinin sümük iliyinin bərpa olunmasına səbəb olduğunu təsdiq edir. 

9. Cəfəri çeynəmək nəfəsi təravətləndirir və hətta  ağızdan gələn sarımsaq iyinin aradan qalxmasına səbəb olur.

10. Cəfəridən kosmetologiya sahəsində də geniş istifadə olunur. Onun tərkibində A vitamninin çox olması dəridəki qırışların aradan qalxmasına, dərinin rənginin durulaşmasına, tonuslanmasına səbəb olur.

11. Cəfəridən hazırlanan dəmləmə dəridəki qara nöqtələrdən xilas olmağa yardım edir. Bunun üçün 50 qram cəfərini 500 ml suda 15 dəqiqə qaynatmaq və soyuduqdan sonra gündə 3 dəfə bu dəmləmədə isladılmış tamponla üzü silmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.