Sağlamlıq

Yumurtanı bu halda yemək ÇOX ZƏRƏRLİDİR

25 Mart 2019 22:25
0 Şərh     Baxış: 5 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan sağlamlığı üçün ən əhəmiyyətli zülal mənbəyi sayılan yumurtanın çiy halda, yoxsa bişmişinin daha faydalı olduğu çoxlarını düşündürən suallarından biridir.

Milli.Az bu yazıda oxucuları çiy və bişmiş yumurta arasındakı fərqlə tanış edib.

Çiy yumurta zərərlidir

Ekspertlərin sözlərinə görə, çiy yumurtanın iki əhəmiyyətli zərəri var. Birincisi, çiy yumurta B7 vitamini qəbulunu ləngidir. Digər zərəri isə salmonella mikrobu əmələ gətirməsidir. Mütəxəssislər bildirir ki, salmonella mikrobları xüsusilə immun sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə yol aça bilər.

Bişmişi daha faydalıdır

Bişmiş yumurtanın qida dəyəri azalsa da, aparılan tədqiqatlar göstərib ki, çiy yumurta ilə bişmiş yumurta arasında qida dəyərləri baxımından ciddi fərq yoxdur.

Bununla belə ekspertlər yumurtanı tam bişirib yeməyi məsləhət görür. Yumurtanın tərkibindəki mühüm protein qaynaqlarından biri olan avidin yumurta bişəndə biotin ilə birləşərək olduqca əhəmiyyətli protein yaradır. Nəticə etibarilə ancaq tam bişmiş yumurta orqanizmi zülalla təmin edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.