Sağlamlıq

Yalnız evdar xanımlar oxusun - FOTO

25 May 2018 21:26
6 Şərh     Baxış: 3 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, daima evdə qalan xanımlar depressiyaya düşə, əsəb keçirə bilərlər.

Milli.Az axşam.az-a istinadən evdə otura-otura stressdən uzaq olmanız üçün sizə bəzi məsləhətlər verir:

1. Evinizin hər köşəsini təmizləyin. Otaqları havalandırın. Bu sizin həm başınızı qatacaq, həm də xoş təsir bağışlayacaq.

2. Depressiyadan uzaq olmaq üçün həyatınızı, evinizi sadələşdirin. Açıq rəngli tonlardan istifadə edin, divanınızı təmir edin, lazımsız aksessuarları otaqlardan yığışdırın, geyinmədiyiniz paltarları başqalarına verin. Bundan saonra necə rahatlayacağınızı görəcəksiniz.

3. Başınızı qatmağınız digər yolu hobbidir. Evinizin bir küncündə özünüz üçün guşə yaradın, şəkil çəkin, köhnə əşyalardan ev üçün dekorativ əşyalar düzəldin.

4. Sevdiyiniz insanlarla zaman keçirin. Ən yaxın rəfiqələrinizi, dostlarınızı evinizə qonaq çağırın. 

5. Stressdən uzaq olmağın yollarından biri də idmandır. Bunun üçün idman salonlarına getməyə ehtiyac yoxdur. Böyük bir ayna və bir-iki alətlə də idman edə, özünüz sakitləşdirə bilərsiniz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.