Sağlamlıq

Ev şəraitində qırışlara qarşı maskalar

25 May 2018 00:45
0 Şərh     Baxış: 6 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınlar daim gözəl və cavan qalmaq istəyir. Bunun üçün təbii maskalara ehtiyac duyulur.

Milli.Az axşam.az-a istinadən  bir neçə maskanı təqdim edir:

Banan maskası

Banan qırışlardan qurtulma üçün ən yaxşı vasitədir. Beləliklə bananın yarısını püre halına qədər əzib dairəvi hərəkətərlə alın nahiyəsinə, sonra boyun nahiyəsinə çəkin. Maskanı 20 dəqiqə saxladıqdan sonra onu ilıq su ilə yuyun, sonra sərin su ilə yaxalayın.

Kartof və alma ilə hazırlanmış maska

Bir orta ölçülü kartof və almanı blenderdə püre halına qədər xırdalayın. Maskanı yarım saat ərzində üz dərinizə çəkin (göz ətrafı sahəyə toxunmayın), sonra sadəcə ilıq su ilə yuyub təmizləyin.

Bal və yerkökü ilə maska

1 x.q. balı ¼ ç.q. yerkökü şirəsi ilə qarışdırıb üzünüzə çəkin. Maskanı ilıq su ilə yuyub təmizləyin. Bu maska dərini yumşaldacaq və qırışları azaldacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.