Sağlamlıq

Həftədə üç dəfə idmanla məşğul olmaq...

23 May 2018 23:54
0 Şərh     Baxış: 3 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlərin qənaətinə görə, həftədə üç dəfə idmanla məşğul olmaq arteriyaların sağlamlığını qorumaq üçün yetərli deyil.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər hansı fiziki fəallığın ürək-damar sisteminə faydalı olmasına baxmayaraq, arteriyaların və ürəyin qocalmasının qarşısını almaq üçün həftədə beş-altı gün idmanla məşğul olmaq lazımdır.

Alimlər yaşı 60-dan yuxarı 100 nəfərin fiziki fəallığı üzərində müşahidə aparıblar. Ən azı 25 il idmanla məşğul olan bu insanları iki qrupa - həftənin iki gününü fiziki məşğələlərə ayıranlara və beş-altı gün məşq edən peşəkar idmançılara bölüblər. Alimlərin məqsədi bu iki qrupa daxil olanların arteriyalarında və damarlarında gedən qocalma prosesini müəyyən etmək olub. Onların zərərli vərdişləri - spirtli içki və siqaretdən istifadə etmələri nəzərə alınmayıb.

Məlum olub ki, həftədə iki-üç gün idmanla məşğul olanların boyun və baş nahiyəsində qanın daxil olduğu orta arteriyalar sağlamdır, lakin bədən hissəsinə qan daşıyan daha böyük damarlarda elastiklik azalıb. Peşəkar idmanla məşğul olanlarda isə həm orta, həm də iri arteriyalar sağlam və elastik qalıb.

Tədqiqatlara rəhbərlik edən Benjamin Livayn deyib: "Bu araşdırmalar olduqca əhəmiyyətlidir, çünki əldə etdiyimiz nəticələr əsasında yaşlı insanlarda ürək-damar sisteminin sağlamlığını qorumaq, arteriyaların elastikliyini artırmaq üçün kompleks məşğələlər hazırlamaq olar".

B.Livayn əlavə edib ki, 70 yaşdan sonra hər gün idmanla məşğul olan insanda ürəyin qocalması prosesinin qarşısını almaq və arteriyaların strukturunu dəyişmək mümkün olmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.