Sağlamlıq

Ağ gillə dərinizi gözəlləşdirin

23 May 2018 04:30
2 Şərh     Baxış: 2 202
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəri baxımı qadınlar üçün böyük əhəmiyyət daşıyır. Hələ buna fəsillərin dəyişməsində daha çox ehtiyac olur.

Milli.Az axşam.az-a istinadən dərisinə qulluq etməyi sevən xanımlar üçün ağ gildən hazırlanan fərqli maskaları təqdim edir:

Ağ gilin dəriyə faydaları nələrdir?

Dərini nazikcə təmizləyərkən dəridəki qan dövranını yaxşılaşdırır.

Mükəmməl məsamə təmizləyicisidir.

Quru dərilər üçün ideal baxım təmin edir.

Təbii mineral artırıcıdır və yaşlanmanın qarşısını alır.

Dərini rahatladır, yumşaqlıq, parlaqlıq qazandırır.

Dərini toksinlərdən təmizləyir.

Maska - 1

2 yemək qaşığı ağ gil və eyni miqdarda suyu qarışdırın. Bu qarışımı yumşaq fırça ilə üzünüzə vurun. 15-20 dəqiqə saxladıqdan sonra ilıq su və bir nazik parçanın köməyi ilə təmizləyin. Maskanı sildikdən sonra tonik və nəmləndirici vurun.

Maska - 2

1 çay qaşığı ağ gili qaba qoyun. Üzərinə 1 çay qaşığı qabartma tozu və 1 yemək qaşığı qatıq əlavə edib qarışdırın. Qarışımı üzünüzə vurub tamamilə quruduqdan sonra ilıq suyla yuyun. Əgər maskanı vurarkən dərinizdə göynəmə hiss edirsizsə, dərhal yuyun.

Maska - 3

3 yemək qaşığı ağ gil və 2 damcı ərik yağı bir qabda qarışdırın, sonra 3 damcı zeytun yağı əlavə edin. Krem halına gələnə kimi ilıq su əlavə edin. Üzünüzə vurub 10 dəqiqə saxlayın. Həftədə bir dəfə edin.

Maska - 4

1 çay qaşığı limon suyu, 1 çay qaşığı aspirin tozu, 1 çay qaşığı ağ gili bir qaba əlavə edib qarışdırın. Sızanaqların üzərinə vurub 20 dəqiqə sonra yuyun.

Maska - 5

2 yemək qaşığı ağ gillə, 10 damcə ərik çəyirdəyi yağını qarışdırın. Yoqurt halına gələnə kimi az-az gül suyu əlavə ein. Qarışımı dodaqlar və gözalqtından başqa bütün üzünüzə vurub 10-15 dəqiq danışmadan qurumasını gözləyin. Quruduqdan sonra ilıq suyla yuyun.

Ağ gili vurmadan əvvəl dərinizi buxara verib yaxşıca təmizləyin.

Maskanı şüşə qabda hazırlayın və onun üzdə çox qurumasını gözləməyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.