Sağlamlıq

İmsakda bunları yemək TƏHLÜKƏLİDİR - Mütəxəssislərdən VACİB XƏBƏRDARLIQ

20 May 2018 07:44
5 Şərh     Baxış: 7 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oruc tutulduğunda orqanizmdə bir sıra dəyişikliklər meydana gəlir. Orucun ilk günlərində baş ağrısı, mədə ağrısı kimi problemlərlə qarşılaşa bilərsiniz.

Araşdırmalara görə, gündəlik həyatda tez-tez işlətdiyimiz bir çox məhsulları imsakda yemək olmaz. Çünki onlar müəyyən sağlamlıq problemlərinə yol açır.

Milli.Az xəbər verir ki, imsakda xüsusilə pomidordan imtina etmək məsləhət görülür.

Tikəni 40 dəfə çeynəyin

Mədə narahatlıqlarınız varsa, qidaları ən az 40 dəfə çeynəyin. Yaxşı çeynənmiş qidaları mədə rahatlıqla həzm edir.

Bundan başqa imsakda və iftarda yeməklər arasında müəyyən fasilə verin. Çünki sürətli yemək reflküs xəstəliyinə təsir göstərir.

Limon və qreypfrut

Mütəxəssislər mədə narahatlığı olan şəxslərə imsakda limon və qreypfrut kimi qidalardan uzaq durmağı tövsiyə edir.

Pomidor

Tərkibində bol miqdarda turşu ehtiva edən pomidor mədə xəstəliklərinə təkan verir. Pomidoru xüsusilə Ramazan ayında az miqdarda yemək mədə xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir.

Şirniyyatlardan uzaq durun

Ramazan ayında xüsusilə imsakda şirniyyat yemək çox təhlükəlidir. İki paxlava üç saatlıq məşqə bərabərdir. Odur ki, xüsusilə şirəli şirniyyatlardan uzaq durmaq tövsiyə edilir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.