Sağlamlıq

"Sakit qatil"

18 May 2018 05:30
0 Şərh     Baxış: 3 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 17-də Dünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Dünya Arterial Hipertoniya Günü qeyd edilir. Hipertoniyanı "sakit qatil" adlandırırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hipertoniyada açıq simptom yoxdur, yüksək arterial təzyiqdən başqa, o həyati əhəmiyyətli orqanlara - beyin, ürək, qan damarları, gözlərin torlu qişası və böyrəklərə zərər vurur.

Arterial hipertenziya - arterial təzyiqin 140/90 mm civə sütunundan yuxarı qalxması halıdır. Arterial hipertenziya birinci və ikinci dərəcəli olur. Birinci dərəcəli arterial hipertenziya zamanı hipertoniya ayrıca bir xəstəlik sayılır və onun əsas və aparıcı əlaməti arterial təzyiqin qalxmasıdır. İkinci halda isə arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.