Sağlamlıq

Suyu tez-tez içməyin ziyanlarını bilin

16 May 2018 23:03
1 Şərh     Baxış: 5 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Su həyatdır. İnsan orqaniminin əksər hissəsi sudan ibarətdir. Orqanizmdə mayenin normal miqdarda olması həyati vacibdir.

İnsanlar susuzlaşanda suyu adətən tez-tez, iri qurtumlarla içir. Lakin suyu belə içmək olmaz. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bu insan sağlamlığına ciddi ziyan vurur.

İlk növbədə bu zaman su yaxşı mənimsənilmir. Əksinə yavaş-yavaş içilən su daha yaxşı mənimsənilir və susuzluq hissi daha tez keçir.

Digər tərəfdən suyu tez-tez içmək böyrək və ürək-damar sistemini yükləyir, onlara ziyan vurur.

Tez-tez su içən insan həzm sistemini də yükləyir, maddələr mübadiləsi proseslərini pozur.  

Bütün bunları nəzərə alaraq suyu asta-asta, kiçik qurtumlarla içməyə çalışın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.